"Türkiyə təkcə özünü deyil, həm də dost və müttəfiq ölkələrin ehtiyaclarını ödəyən bir ölkəyə çevrilib".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə Türkiyə öz döyüş gəmilərini dizayn, inşa və təmir edən 10 ölkədəndir:
“PUA istehsalında isə artıq dünyanın üç ölkəsindən biriyik. Müdafiə sənayesində lazım olan hər bir texnologiya sahəsində varıq"