Antiterror əməliyyatlarını silahlıların tam məhvinə qədər davam etdirmək lazımdır.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev antiterror qərargahının iclasında deyib.
"Antiterror əməliyyatı başlayıb. Hüquq-mühafizə qüvvələri gərgin iş aparır. Ölkənin bütün regionlarında konstitusion nizam əsasən bərpa olunub. Amma terrorçular silahdan istifadə edir, əmlaka ziyan vurur. Ona görə antiterror əməliyyatlarını silahlıların tam məhvinə qədər davam etdirmək lazımdır", - deyə o bildirib.