Qırğızıstan parlamenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingenti tərkibində Qazaxıstana hərbi kontingentin göndərilməsi barədə qərarı təsdiqləyib.
NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, Qazaxıstana 150 qırğızıstanlı hərbçi göndəriləcək. Hərbi kontingent Qazaxıstanda əsas strateji dövlət və hərbi obyektləri mühafizə edəcək.
Xatırladaq ki, KTMT-yə üzv Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan Qazaxıstana sülhməramlı kontingent göndərmək barədə qərar verib.