Antiterror əməliyyatı davam edir, silahlılar hələlik silahı yerə qoymayıblar, onlarla mübarizəni sonadək aparmaq lazımdır.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu gün xalqa müraciətində deyib.
"Silahlılar cinayətlər törətməkdə, hazırıqlar görməkdə davam edir. Bu mübarizəni sonadək çatdırmaq lazımdır. Təslim olmayanlar məhv ediləcək. Antiterror əməliyyatı davam edir" - deyə o bildirib.
K.Tokayev öz çıxışında ölkə sakinlərinə vətəndaş məsuliyyəti sərgilədiklərinə görə təşəkkürünü bildirib.
"Etirazların dinc şəkildə keçməsini təmin edən region sakinlərinə təşəkkür edirəm. Dinc formada irəli sürülən bütün tələblər eşidilib. Dialoq nəticəsində kompromis əldə olunub, kəskin sosial-iqtisadi problemlərlə bağlı qərarlar verilib", - Qazaxıstan prezidenti deyib.
O əlavə edib ki, sabit vəziyyət müşahidə olunan regionlarda fövqəladə vəziyyət rejimi tədricən aradan qaldırılacaq.