Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev ölkənin bütövlüyünü qorumaq və mövcud çətinliklərə qalib gəlmək üçün xalqı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ətrafında sıx birləşməyə çağırıb.
NUHÇIXAN İnformasiya Agentliyinin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Nazarbayevin mətbuat katibi “Twitter”də məlumat yayıb.Məlumatda bildirilib ki, Nursultan Nazarbayev ölkəni tərk etməyib və o, hazırda paytaxt Nur-Sultandadır.