Qazaxıstanın Uralsk şəhərində blok-postda Ermənistan nömrə nişanlı avtomobil saxlanılıb - VİDEO

A- A A+

Qazaxıstanın şimalındakı Uralsk şəhərində blok-postda Ermənistan nömrə nişanlı avtomobil saxlanılıb.

NUHÇIXAN İnformasiya Agentliyi bu barədə "Xabar 24" telekanalına istinadən məlumat verir.

Qeyd olunur ki, avtomobilin baqaj hissəsində 50 mobil telefon, patronlar, gözyaşardıcı qumbara, planşetlər və digər aksesuarlar aşkar edilib.

Polislər avtomobili saxladıqda sürücü uzun müddət baqajı açmağa imtina edib, daha sonra hadisə yerindən qaçmağa çalışıb.

Həmin şəxs polislər tərəfindən saxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: