Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində içərisində qanunsuz erməni silahlı dəstələrinin üzvlərinin olduğu avtomobil yanvarın 7-də gündüz saatlarında qəzaya uğrayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, qanunsuz silahlı dəstənin üzvlərini aparan yük avtomobilinin sürücüsü Yemişcan yaşayış məntəqəsi istiqamətində qəfildən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat gizlədilir. Qəzanın sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi nəticəsində baş verdiyi bildirilir.
Son vaxtlar qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında spirtli içki qəbul etmə səbəbindən belə hadisələrin sayı artıb.