Alimlər 70 ildən sonra Yerə təhlükəli şəkildə yaxınlaşacaq asteroid aşkarlayıblar

A- A A+

Alimlər 70 ildən sonra Yerə yaxınlaşacaq asteroid kəşf ediblər.

NUHÇIXAN İnformasiya Agentliyi Rusiyanın “Roskosmos” dövlət korporasiyasının saytına istinadla xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Tətbiqi Riyaziyyat İnstitutunun alimləri 2095-ci il aprelin 5-də Yerə yaxınlaşacaq və çəkisi 18 min ton olan asteroid aşkarlayıblar.

Diametri təxminən 24 metr, kütləsi isə təxminən 18 min tona yaxın olan asteroidə “UL17” adı verilib.

Asteroidin Yerlə toqquşma ehtimalı 0,02 faiz təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: