ABŞ-da təxminən 343 il əvvəl Böyük Göllərdə batmış “Qrifon” gəmisinin qalıqları aşkar edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Daily Express” məlumat yayıb.
Gəmi 1679-cu ildə Miçiqan gölü boyunca qiymətli xəz yükünü daşıyarkən yoxa çıxıb. Qəzetin yazdığına görə, “Qrifon”un yoxa çıxması Amerikanın ən məşhur “dəniz” sirlərindən birinə çevrilib.
Alimlər əvvəlki illərdə Miçiqan gölündə tapılan qalıqların batmış gəmiyə aid olduğunu müəyyən ediblər. Belə ki, gəmi bir neçə gün davam edən tufan nəticəsində qəzaya uğrayıb.