Ermənistanda xəstəxana əməkdaşları (sanitar və tibb bacıları) etiraz aksiyası keçirirlər.
NUHÇIXAN İnformasiya Agentliyi “News.am”a istinadən xəbər verir ki, işçilər "Nork" yoluxucu xəstəliklər xəstəxanasının binası qarşısında toplanıblar.
Buna səbəb yanvarın 15-dən etibarən mərkəzin 80 əməkdaşının işdən çıxarılacağı barədə yayılan məlumatdır.
İddialara görə, xəstəxana təmirə bağlanacaq.