“Öz funskiyasını yerinə yetirəndən sonra bütün KTMT kontingenti Qazaxıstan ərazisindən çıxarılacaq”.
NUHÇIXAN İnformasiya Agentliyinin xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında çıxışı zamanı söyləyib.
O, sülhməramlı kontingentin Qazaxıstanda nə qədər lazım olacaqsa, o qədər də qalacağını əlavə edib.
“Əminəm ki, ən qısa zamanda Qazaxıstanda vəziyyət stabilləşəcək. Qazaxıstandakı hadisələr kənar müdaxilələrin nə ilk, nə də son nümunəsidir. Amma biz evimizdə vəziyyəti dəyişməyi, rəngli inqilab ssenarilərinin reallaşdırılmasına imkan verməyəcəyimizi göstərdik”, – deyə Putin söyləyib.