“Hakimiyyət KTMT-nin qərarını alqışlaya, lakin hər hansı bir qoşun göndərməyə bilərdi, çünki mənim fikrimcə, bu, həlak olan oğlanlarımıza qarşı çox hörmətsiz münasibətdir”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Vahe Hakobyan qeyd edib.
Onun sözlərinə görə, birmənalı şəkildə qeyd etmək lazımdır ki, Ermənistan KTMT şərtlərini yerinə yetirməyə bilər, çünki müqavilə var.
“Eyni zamanda, bildiyimə görə, müqavilədə coğrafi bölgü var: hər bir ölkə öz bölgəsinə cavabdehdir, yəni biz cənuba cavabdehik. Üstəlik, Nazarbayevin İlham Əliyevi müharibədə qalib gəlməsi münasibətilə təbrik etdiyini nəzərə alaraq hakimiyyət KTMT-nin qərarını alqışlaya, lakin hər hansı bir qoşun göndərməyə bilərdi, çünki mənim fikrimcə, bu, həlak olan oğlanlarımıza qarşı çox hörmətsiz münasibətdir”, - deyə Hakobyan bildirib.
Erməni deputat vurğulayıb ki, Paşinyan özünə, illərdir söylədiyi fikirlərə zidd vəziyyətə düşüb.
“Hakimiyyət kreslolarını saxlamaq üçün KTMT-ni də, NATO-nu da, talibləri də bura gətirəcək”, - deyə o bildirib.