Türkiyənin Azərbaycanla sərhədində bəbir görünüb

A- A A+

Türkiyənin Azərbaycan, habelə İran və Ermənistanla həmsərhəd olan İğdır əyalətində bəbir görünüb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə mətbuatına istinadən xəbər verir.

Təhlükəsizlik kameralarına əks olunan görüntüləri İğdırın bələdiyyə rəhbəri Mustafa Güzelkaya sosial şəbəkədə paylaşıb. Bu bəbirin təxminən bir ay əvvəl eyni bölgədə görülən heyvandan fərqli olduğu güman edilir.

Koç Universitetinin professoru Çağan Şekercioğlu bəbirin yayılma arealının İğdır əyaləti sərhədindən 15 kilometr uzaqlıqda bitdiyini deyib. “Bəbir Azərbaycan, o cümlədən Naxçıvan, eləcə də Ermənistana qədər gedən heyvandır. Gürcüstan və İranda müntəzəm olaraq görünür. Bölgədə bəbirlərin yayılmasını gözləyirdik", - deyib.

O bildirib ki,  2017-ci ildə hazırladığı “İğdır məməliləri” siyahısında bəbir də bölgədə gözlənilən növ olaraq yer alıb.

Qeyd edək ki, bir aylıq fasilədən sonra yenidən görünən bəbir dünyada nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvanlardandır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: