ABŞ-ın Merilend Universitetinin Tibb Mərkəzində ilk dəfə olaraq 57 yaşlı Devid Bennettə geni dəyişdirilmiş donuzun ürəyi transplantasiya edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Universitetin rəsmi saytında qeyd edilib.
Məlumata görə, sağalmaz ürək xəstəliyi olan 57 yaşlı xəstəyə ilk dəfə olaraq geni dəyişdirilmiş donuz ürəyi uğurla transplantasiya edilib. Əməliyatdan üç gün sonra pasient özünü normal hiss edir.
"Bu transplantasiya ilk dəfə göstərdi ki, geni dəyişdirilmiş heyvan ürəyi bədən tərəfindən rədd edilmədən fəaliyyət göstərə bilər".
Devid Bennettenin ABŞ-ın bir sıra aparıcı transplant mərkəzlərində klassik əməliyyatından imtina edilib, eksperimental prosedur onun həyatda qalmaq üçün son şansı olub.