Ermənistanın paytaxtı İrəvanda genişmiqyaslı etiraz aksiyası keçiriləcək. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə yerli mediaya Ermənistanın Vəkillər Palatasının keçmiş rəhbəri, “Zartonk” Milli Xristian Partiyasının sədri Ara Zöhrabyan məlumat verib.
Bildirilir ki, "Azad İradə" təşəbbüsü peyvənd olunmamış vətəndaşlar üçün tətbiq olunan yeni kovid məhdudiyyətlərini aradan qaldırmaq üçün təcili mitinq keçirəcək. Mitinqdə hüquqşünaslar, həkimlər və digər peşə nümayəndələrinin məcburi peyvənd əleyhinə çıxış edəcəyi gözlənilir.
Xatırladaq ki, Ermənistanın Səhiyyə Nazirliyi bəyan edib ki, məhdudiyyətlərlə bağlı yeni dəyişikliklər yanvarın 22-dən qüvvəyə minəcək. Yeni qaydalara əsasən tam vaksinasiyadan keçməyən şəxslərə ictimai iaşə obyektlərinə, mehmanxanalara, idman zallarına, kitabxanalara, muzeylərə, teatrlara, konsert və kinoteatrlara, eləcə də digər təşkilatlara giriş qadağan edilir.