Türkiyənin Elazığ vilayətində 4,0 bal gücündə zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyə fövqəladə halların qarşısının alınması və idarə olunması idarəsi (AFAD) bildirib.
Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 00:34-də Palu rayonunda qeydə alınıb.
Zəlzələnin ocağı 14,21 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və ya xəsarət alanlar barədə məlumat verilməyib.