Ermənistanın "Flyone Armenia" aviaşirkəti Yerevan-İstanbul-Yerevan reyslərinin həyata keçirilməsi üçün Türkiyə hökumətindən icazə alıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu "TASS"a aviaşirkətin direktorlar şurasının sədri Aram Ananyan deyib.
Onun sözlərinə görə, Yerevandan İstanbula ilk aviareys fevralın 2-nə planlaşdırılıb.