Ermənistan mediası 8 aydır itən hərbçini axtarır

A- A A+

Ermənistan mətbuatı 8 aydır ki, yoxa çıxan hərbçi haqqında yazıb.NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, saytlar vəkil Lusine Virabyana istinad edərək qeybə çəkilmiş əsgərlə bağlı müəmmalı məqamların olmasına işarə vurub.

"Lusine Varabyan deyir ki, 2021-ci il fevralın 8-də hərbi xidmətə çağırılan Norik Mkrtçyan 2021-ci il mayın 14-nə kimi xidmətdə olub. May ayından sonra hərbçinin anası oğlu haqqında heç bir məlumat əldə edə bilmir. Elə hərbi rəhbərliyin özü də... Çünki onun adı hərbi əsirlərin, həlak olan və ya itkin düşən əsgərlərin siyahısında yoxdur. Heç döyüşlərdə də iştirak etməyib",- məqalədə yazılıb.
Məqalədə vəkilin hüquq-mühafizə orqanlarına müraciəti də yer alıb:

"Hörmətli Müdafiə Nazirliyi, Ermənistan Respublikasının İstintaq Komitəsi, siz 8 aya yaxındır nə işlə məşğulsunuz? Əsgər haradadır? Əsgərin müəmmalı şəkildə yoxa çıxmasına görə neçə zabit məsuliyyət daşıyıb? Hələlik ictimai şəkildə başqa suallar da vermirəm. Amma ümid edirəm ki, bu suallarıma cavab alacağıq".

Xatırladaq ki, Mkrtçyanın itkin düşməsi barədə informasiyanı ötən ilin mayında Tavuş bölgəsinin Koxb icmasının rəhbəri Arsen Aqababyan mətbuata ötürmüşdü. Qeyd edilirdi ki, Basarkeçər rayonunun (Vardenis rayonu-red.) ərazisində xidmətdə olan Koxb sakini 18 yaşlı əsgər naməlum şəkildə itkin düşüb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra ermənistanın hərb sistemində ciddi xaos yaşanır. Hətta İrəvan son bir ildə bir neçə dəfə müdafiə nazirini dəyişməklə ordudakı qarışıq vəziyyəti, böhranı düzəldə də bilmir.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: