Özbəkistan lideri Lukaşenkoya cavab verib

A- A A+

"Özbəkistan istənilən təhlükəyə adekvat cavab vermək üçün bütün lazımi potensiala və gücə malikdir".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev belaruslu həmkarı Aleksandr Lukaşenkonun çağırışına cavab olaraq bildirib.

Lukaşenko yanvarın 10-da KTMT ölkələrinin dövlət başçılarının fövqəladə sammitində çıxışı zamanı deyib ki, Özbəkistan Qazaxıstanda baş verənlərdən dərs götürməlidir.

"Bu günlərdə bəzi dövlətlərin rəhbərləri əsassız bəyanatlar verir ki, Özbəkistan Qazaxıstanda baş verən hadisələrdən dərs götürməlidir. Biz regiondakı vəziyyəti və bütün təhlükəsizlik təhdidlərini diqqətlə izləyirik. İstənilən təhlükə və təhdidə layiqincə cavab vermək üçün kifayət qədər gücümüz və potensialımız var”, - deyə Mirziyoyev cümə axşamı Təhlükəsizlik Şurasının iclasında bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: