Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadla xəbər verir ki, liderlər Türkiyə ilə Böyük Britaniya arasında, xüsusilə müdafiə sənayesi və ticarət sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan addımları müzakirə ediblər.
Görüşdə Suriya və Ukraynadakı hadisələr, iqlim dəyişiklikləri və miqrasiya ilə bağlı regional, eləcə də qlobal problemlər ətrafında da fikir mübadiləsi aparılıb.