Ermənistan vətəndaşları ən çox Rusiya pasportu alanlar siyahısındadır

A- A A+

2021-ci ilin yanvar-oktyabr aylarında 667 mindən çox əcnəbi Rusiya vətəndaşlığını qəbul edib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Saytlar Rusiya Federasiyası Daxili İşlər Nazirliyinə istinad ediblər. Qeyd edilir ki, vətəndaşlıq alanların əksəriyyəti Ukrayna, Tacikistan, Qazaxıstan və Ermənistan sakinləri olub.

"2020-ci ilin yanvar-noyabr aylarında 563 min nəfər Rusiya vətəndaşlığını qəbul edib. Onların cüzi bir hissəsi yüksək ixtisaslı mütəxəssislər olub. Təxminən 950 nəfər. 2021-ci ilin 11 ayı ərzində isə 800-ə yaxın belə mütəxəssis Rusiya vətəndaşlığına qəbul edilib. Bu rəqəm 2019-cu ildə təxminən 730 nəfər olub",-məqalədə yazılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: