İranın Kirman vilayətində 5,1 bal gücündə zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi Tehran Universitetinin Seysmoloji Mərkəzinə istinadla xəbər verir ki, zəlzələ vilayətin Sireç şəhəri yaxınlığında, 12 kilometr dərinlikdə baş verib.
Bildirilib ki, Kirman vilayətində 18 aktiv zəlzələ ocağı var və onlar zaman-zaman fəallaşır.
Zəlzələ zamanı ölən, yaralanan və dağıntılar barədə hələlik məlumat yoxdur. Hadisə yerinə təcili tibbi yardım və xilasedicilər cəlb olunub.