Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyaya rəsmi səfərə yola düşüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Prezidentinin Albaniyanın paytaxtı Tiranaya səfəri bu ölkənin Baş naziri Edi Ramanın dəvəti ilə baş tutub.
Rəsmi səfər zamanı Türkiyə-Albaniya münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.