Ermənistanın "Çiçəklənən Ermənistan" partiyasının funksioneri, eks-deputat Naira Zöhrabyan ölkəsində yaşanan bahalaşma dalğasından gileylənib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yerli mediaya açıqlama verən Zöhrabyan bu il digər kommunal xidmətlər kimi işıq və qazın da qiymətinin qalxacağını deyib.
- İnqilabdan əvvəlki Ermənistanda avtobus gedişinin qiymətini 50 dram artırmağa çalışanda İrəvan barlarının 200 dramlıq pivə ziyalıları və Qərbin qrant seqmenti "100 dramlıq" milli azadlıq hərəkatına başladılar. Bu, inqilabçı üsyançıların qələbəsi ilə yekunlaşdı. Və budur, rəsmi olaraq 33, əslində isə təxminən 60 faizi yoxsul olan Ermənistan Respublikası vətəndaşları üçün xoş xəbər var. Fevralın 1-dən işığın qiyməti artacaq. Su artıq bahalaşıb, aprelin 1-dən isə təbii qazın qiyməti də artacaq.
Təbii qazın tarifini hesablamaq üçün o qədər mürəkkəb üsul tapıblar ki, hətta həlli mümkün olmayan riyazi problemi həll edən Vaan Kerobyan da bunu başa düşməkdə çətinlik çəkəcək.