“Rusiyanın Ukraynaya təcavüzünün real ola biləcəyini düşünmürəm. Çünki Ukrayna sıradan bir ölkə deyil”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan deyib ki, Rusiya bu addımı atmazdan əvvəl bütün dünyadakı vəziyyəti və öz vəziyyətini gözdən keçirməlidir:
“Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya səfər edib. Mən də cənab Əliyevlə söhbət edəcəyəm. Təbii ki, bu məsələləri cənab Putinlə də müzakirə etməliyik. Çünki bu bölgələr artıq müharibəni qəbul edə bilmir. Bunlar düzgün deyil. Biz müharibəni siyasət tarixindən silməliyik”.