ABŞ-ın texnologiya nəhəngi “Microsoft” şirkəti "Call of Duty" və "World of Warcraft" kimi məşhur oyunların istehsalçısı “Activision Blizzard”ı 68,7 milyard dollara alır.
NUHÇIXAN İnformasiya Agentliyi bu barədə xarici mətbuata istinadən xəbər verir.
"Microsoft" sövdələmə ilə bağlı yaydığı açıqlamada bildirib ki, hazırda sözügedən oyunlar təxminən 3 milyard insanı əhatə edir və “Activision Blizzard”ın alınması onun oyun sənayesindəki biznesinin böyüməsini sürətləndirəcək.
"Microsoft" "Activision Blizzard”ın hər səhminə görə 95 dollar ödəyəcək. Bu satınalma ABŞ şirkətini “Tencent” və “Sony”dən sonra dünyanın 3-cü ən böyük oyun şirkəti edəcək.