KTMT qüvvələrinin və sülhməramlıların olduğu son 4 hərbi nəqliyyat təyyarəsi Qazaxıstandan Rusiyaya uçub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya hərbi-nəqliyyat aviasiyasının göyərtəsində sülhməramlıların olduğu 4 təyyarə Qazaxıstan Respublikasının Nur-Sultan və Almatı hava limanlarından havaya qalxıb", - deyə nazirliyin məlumatında bildirilir.
Qeyd olunduğu kimi, bu təyyarələrlə sülhməramlıların son bölmələri və general-polkovnik Andrey Serdyukovun rəhbərlik etdiyi sülhməramlı kontingentin komandanlığı Rusiyaya qayıdıb.