ABŞ-ın dövlət katibi Entoni Blinken planlaşdırılmış səfər çərçivəsində Ukraynaya gedib.
NUHÇIXAN İnformasiya Agentliyi France Presse agentliyinə istinadla xəbər verir ki, göyərtəsində ABŞ dövlət katibinin olduğu təyyarə bu gün səhər saatlarında Kiyevə enib. Səfərin gedişində Entoni Blinkenin Ukrayna Prezidenti Volodimir Zelenski və xarici işlər naziri Dmitri Kleba ilə görüşləri planlaşdırılır.
Dövlət departamentinin bəyanatına əsasən, Amerika diplomatiyasının rəhbəri “Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə ABŞ-ın sadiqliyini" təsdiqləyəcək.