NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Fransa Çinin Sincan-Uyğur Muxtar Vilayətində yaşayan uyğur türklərinə qarşı siyasətini soyqırımı kimi tanıyıb. Uyğurlara qarşı soyqırımı pisləyən qanun layihəsi ölkə parlamentinin aşağı palatası olan Milli Assambleyada səs çoxluğu ilə qəbul edilib.
Müxalif Sosialist Partiyasının təqdim etdiyi layihəni prezident Emmanuel Makronun partiyası da dəstəkləyib.
Maraqlıdır ki, qanun fevralın 4-də Pekində başlayacaq Qış Olimpiya Oyunları ərəfəsində qəbul edilib.
Qeyd edək ki, bir müddət öncə ABŞ, Avstraliya, Kanada, Böyük Britaniya kimi bir sıra ölkələr Çində insan hüquqlarının pozulması səbəbilə 2022-ci il Pekin Qış Olimpiya Oyunlarını diplomatik boykot etmək qərarına gəlib.
Fransa boykotda iştirak etməyəcəyini açıqlayıb.