Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə təmsilçisi Toybo Klerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.
Görüşdə 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranmış vəziyyət, Azərbaycan-Ermənistan dövlət sərhədində sabitliyin təmin olunması və gərginliyin azaldılması məsələləri müzakirə olunub.