Türkiyənin milli müdafiə naziri Hulusi Akar və qoşun növləri komandirləri Suriya və İraqla sərhəd kəsişməsində yerləşən hərbi hissələrə baxış keçirmək üçün Şırnak vilayətinin Silopi bölgəsinə gəlib.
NUHÇIXAN İnformasiya Agentliyi yerli KİV-lərə istinadən xəbər verir ki, müdafiə nazirini səfərdə Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunları komandanı Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal və Hərbi Hava Qüvvələri komandanı Həsən Küçükakyüz müşayiət edib.
Hulusi Akar hərbçilərə terrorla fədakar mübarizəyə görə təşəkkür edib. Sərhəd zastavalarının birində nazir gözətçi qülləsinə qalxıb.
Hulusi Akar həmçinin İraq və Suriya arasında yerləşən Semalk körpüsünə də baxış keçirib.