İranın Şərqi Azərbaycan vilayətindəki Təbriz şəhərində 4.4 bal gücündə zəlzələ olub.
NUHÇIXAN İnformasiya Agentliyi Tehran Universitetinin Seysmoloji Mərkəzinin açıqlamasına istinadla xəbər verir ki, zəlzələ bu gün səhər saatlarında yerin 15 kilometr dərinliyində baş verib.
Dağıntılar və insan tələfatı barədə hələlik məlumat yoxdur.