“Ankara və Vaşinqton arasında “F-35” qırıcılarının tədarükü ilə bağlı danışıqlara yanvarın sonu - fevralın əvvəlində başlanılacaq”.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.
Qeyd edək ki, ABŞ daha əvvəl Ankaranın Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərini alması səbəbindən Türkiyəyə “F-35” qırıcılarının tədarükü proqramından çıxarıldığı barədə rəsmi bildiriş göndərmişdi.