Ermənistanda məhkəmə sabiq müdafiə naziri David Tonoyanı həbsdə saxlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmə eks nazirin vəsatətini rədd edib.
Ermənistan Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan və iş üzrə təqsirləndirilən bir neçə şəxs də həbsdə qalacaq.
Qeyd edək ki, 2021-ci il sentyabrın 30-da İrəvandakı ümumi yurisdiksiya məhkəməsi D.Tonoyanın iki ay müddətinə həbs edilməsinə qərar verib. Onun ittiham olunduğu cinayət işi ölkənin Müdafiə Nazirliyinin yüksək rütbəli məmurlarının ordunun ehtiyacları üçün sursat alarkən vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri ilə bağlı başlanıb. D.Tonoyan 2018-ci ildə müdafiə naziri vəzifəsinə təyin olunub və 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi zonasında hərbi əməliyyatlar başa çatdıqdan sonra tutduğu vəzifədən uzaqlaşdırılıb.