Türkiyənin bütün bölgələrinə aramsız yağmaqda davam edən qarın yaratdığı fəsadları aradan qaldırmaq üçün ciddi tədbirlər görülür. Ölkə ərazisində qaz, su və elektrik təchizatında böhran olmasa da, bəzi bölgələrdə fasilələr baş verir. Yolları nəzarətdə saxlamaq isə bir nömrəli problemə çevrilib. Gündəlik yol-nəqliyyat qəzalarının sayında artım müşahidə olunur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ölkə ərazisində avtomagistrallarda nəqliyyatın hərəkətini təmin etmək üçün ümumilikdə 11 min texnika və 13 şəxsi heyət xidmətə cəlb olunub. Hazırda nəqliyyatın hərəkət etdiyi Ankara-İstanbul yolunda buz örtüyü mövcuddur.
Bolu bölgəsinə son 72 ildə ən hündür qar qatı düşüb.
Hazırda Osmaniyə və Hatay vilayətlərində yüzlərlə kəndlə əlaqə tamamilə kəsilib. İri tutumlu nəqliyyat vasitələrinin Sivas-Malatya avtomagistralına daxil olmasına məhdudiyyətlər qoyulub. Şanlı Urfa-Qazi Antep avtomagistralından nəqliyyatın hərəkəti birtərəfli tənzimlənir.
Metroloqların məlumatlarına görə, sabaha qədər Ankara da daxil olmaqla, bəzi şəhər mərkəzlərində qarın qalınlığı 15 santimetri keçəcək.