Türkiyəli məşhur aktyor Ayberk Pekcan dünyasını dəyişib

A- A A+

Türkiyənin tanınmış teatr və kino aktyoru Ayberk Pekcan Mersin şəhərində müalicə aldığı xəstəxanada 51 yaşında vəfat edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bir çox film, tamaşa və seriallarda rol alan aktyor bir müddət Mersində özəl xəstəxananın onkologiya xidmətində ağciyər xərçəngindən müalicə alıb.

Xatırladaq ki, məşhur aktyor ötən ilin oktyabr ayında sosial media hesabından ağciyər xərçənginə tutulduğunu açıqlamışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: