Türkiyənin Sivas vilayətində günün ən aşağı temperaturu qeydə alınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumat Türkiyə Dövlət Meteorologiya İdarəsinin rəsmi saytında qeyd olunub.
Məlumata əsasən, bu günün ən aşağı temperaturu, - 30,9 dərəcə şaxta, Sivas vilayətinin Göbekören kəndində qeydə alınıb.
Bundan əlavə, ikinci ən aşağı temperaturu, - 29,6 dərəcə şaxta, isə Bolu vilayətinin Samat kəndində müşahidə olunub.
2022-ci ildə ən aşağı temperatur isə Vanın Çaldıran rayonu ərazisində qeydə alınıb. Yanvarın 22-də burda -33,5, dünən isə - 27,1 dərəcə şaxta qeydə alınıb.