Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə respublika hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Paşinyan koronavirus testi verib və nəticəsi müsbət çıxıb. Baş nazir müəyyən olunmuş qaydada özünütəcrid edib. Xəstəlik simptomsuz keçir”, - deyə məlumatda bildirilir.
Mətbuat xidmətinin məlumatına əsasən, baş nazir məsafədən işləyəcək.