Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, dünya üzrə 50 milyondan çox mülki insanın baş verən silahlı münaqişələrin dəhşətli nəticələri ilə üzləşdiyini bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi BMT Təhlükəsizlik Şurasının (TŞ) saytına istinadla xəbər verir ki, TŞ-nin açıq debatındakı çıxışında Antonio Quterreş, təşkilata üzv dövlətləri hərbi cinayətləri araşdırmaq və mühakimə etmək üçün siyasi iradə nümayiş etdirməyə çağırıb.
Silahlı münaqişələr zamanı partlayıcı silahlardan zərər çəkənlərin 90 faizinin mülki şəxslər olduğunu vurğulayan baş katib, bir çox qurbanların ömürlük əlillik və ağır psixoloji travma ilə üzləşdiyini qeyd edib.