“Yeni Şafak”: PKK terrorçuları Ermənistanın dəstəyi ilə Türkiyə ərazisinə keçirilir

A- A A+

Şimali İraqdan Türkiyənin Qara dəniz bölgəsinə göndərilən PKK terrorçularının qarşısı ordu qüvvələri tərəfindən alınıb. Terror təşkilatının son planının uğursuz olması səbəbindən PKK silahlılarının Türkiyəyə giriş marşrutu dəyişib. İndi onlar dəhliz kimi Ermənistandan istifadə edirlər.

NUHÇIXAN Türkiyənin “Yeni Şafak” qəzetinə istinadla xəbər verir ki, PKK-nın Ermənistandakı düşərgələrindən sol təmayüllü təşkilatların dəstəyi ilə terrorçular Ağrı, Bingöl, Tunceli və Tokat vilayətləri ilə Qara dəniz bölgəsindəki dağlara göndərilir. Türk mətbuatının məlumatına görə, Türkiyəyə gizli yolla keçən terrorçular Gümüşhanə bölgəsində toplaşmağa çalışırlar. Bundan başqa, PKK üzvlərinin Ermənistan-Türkiyə sərhədini keçərək Tendurek dağına yerləşdiyi faktı məlum olub.

Türkiyə mətbuatı ölkənin xüsusi xidmət orqanlarına istinadla xəbər verir ki, Ermənistanın illərdir dəstək verdiyi və ərazisində düşərgə qurmaq imkanı yaratdığı terrorçular bölgədə məskunlaşmağa cəhd göstərirlər.

Qeyd edək ki, Türkiyə təhlükəsizlik qüvvələri Qara dəniz bölgəsinə sızmaq istəyən PKK-nın, eləcə də TİKKO, MKP, TİKB, MLKP kimi sol terrorçu təşkilatların Tunceli, Bingöl, Ağrı və Tokat ətrafındakı fəaliyyəti ilə bağlı geniş tədbirlər həyata keçirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: