ABŞ Rusiyanın təhlükəsizlik zəmanətləri üzrə təkliflərinə yazılı cavab verib

A- A A+

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan çərşənbə günü RF xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşündə təhlükəsizlik zəmanətləri barədə ikitərəfli saziş layihəsinə Vaşinqtonun cavabını təqdim edib.

NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, görüş Birləşmiş Ştatlar səfirinin xahişi ilə baş tutub.

"Görüşün gedişində Amerika diplomatik missiyasının rəhbəri Rusiya tərəfinin təhlükəsizlik zəmanətləri barədə bir müddət əvvəl təqdim etdiyi ikitərəfli saziş layihəsinə Vaşinqtonun yazılı cavabını təqdim edib", - deyə RF XİN-in məlumatında bildirilir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Dövlət Dumasının plenar sessiyasında çıxışı zamanı bildirib ki, əgər ABŞ tərəfindən xahiş daxil olarsa, Moskva cavabı dərc etməyəcək. Bununla yanaşı, o qeyd edib ki, Vaşinqtonun reaksiyasının mahiyyəti və məzmunu ictimaiyyətə çatdırılacaq.

Xatırladaq ki, dekabr ayında Rusiya ABŞ və NATO-nun təhlükəsizlik zəmanətləri ilə bağlı iki müqavilə layihəsini dərc edib. Moskva bu layihələrdə NATO-nun şərqə doğru genişlənməsindən, Ukraynanın bloka qoşulmasından və postsovet ölkələrində hərbi bazalar yaradılmasından imtina edilməsi kimi tələblər irəli sürüb. ABŞ və Rusiya nümayəndələri bu məsələni yanvarın 9-10-da Cenevrədə, yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının iclasında, yanvarın 13-də isə Vyanada ATƏT-in meydançasında müzakirə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: