Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskini Moskvaya gəlməyə dəvət edib.
NUHÇIXAN İnformasiya Agentliyi TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-in rəhbəri radiostansiyalara müsahibəsində bildirib.
“Əgər Ukrayna lideri RF ilə ikitərəfli münasibətlərin normallaşmasını müzakirə etmək istəyirsə, biz hazırıq, qoy Moskvaya, yaxud Soçiyə, Peterburqa gəlsin”, -deyə Lavrov qeyd edib.
Prezident Vladimir Putinin məsələ ilə bağlı fikirlərini diqqətə çatdıran nazir deyib ki, əgər Zelenski Donbası müzakirə etmək istəyirsə, onda “Normad formatı”nın qərarı ilə Kiyev və Donetsk, Kiyev və Luqansk arasında bütün məsələlərin nizamlanmasına baxmalı olan təmas qrupuna üz tutsunlar.