Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Abdulhamit Gül ədliyyə naziri vəzifəsindən azad edilib. Onun yerinə Bəkir Bozdağ təyin edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tanınmış hüquqşünas Bəkir Bozdağ Ədalət və İnkişaf Partiyasının iqtidarda olduğu dövrdə müxtəlif vəzifələrdə çalışıb. Əlli altı yaşlı Bəkir Bozdağ 2013-cü ilin dekabrından 2015-ci ilin martınadək və 2015-ci ilin noyabrından 2017-ci ilin iyuluna qədər olan müddətdə də bu vəzifədə xidmət edib. O, 2011-2013-cü və 2017-2018-ci illərdə Baş nazirin müavini vəzifəsində çalışıb.