İstanbulda polisləri aparan mikroavtobus aşıb, çox sayda yaralı var

A- A A+

İstanbulda polisləri aparan mikroavtobus aşıb. Hadisə nəticəsində Türkiyənin polis əməkdaşlarından 14-ü xəsarət alıb. Vəziyyəti ağır olanlar var.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qəza İstanbulun Çatalca-Arnavutköy rayonları arasında İstanbul hava limanı istiqamətində baş verib.

Xəsarət alanlar bölgədəki xəstəxanalara çatdırılıblar. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma başladılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: