Ermənistan prezidenti Armen Sarkisyanın istefa barədə ərizəsi qüvvəyə minib.
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, "Parlamentin reqlamenti haqqında" qanuna əsasən, prezidentin istefası yeddi gün ərzində ərizəsini geri götürmədiyi təqdirdə qüvvəyə minir.
Ermənistan prezidentinin administrasiyası ərizənin geri götürüldüyünü açıqlamayıb.
Xatırladaq ki, yanvarın 23-ü Ermənistan prezidenti Armen Sarkisyan istefa barədə ərizəsini parlamentə göndərib.
Ermənistanda prezidenti parlament seçir.