Türkiyənin Konya vilayətində 4,2 bal gücündə zəlzələ olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Halların İdarəolunması Agentliyi məlumat yayıb.
Yerli vaxtla saat 12:30-da qeydə alınan yeraltı təkanların episentri Konyanın Meram rayonudur.
Zəlzələnin ocağı yerin 6,99 kilometr dərinliyindədir.
Təbiət hadisəsi əhali arasında təşvişə səbəb olub.