Ermənistanın sabiq prezidenti Armen Sarkisyanın səlahiyyətlərini müvəqqəti olaraq parlamentin sədri Alen Simonyan icra edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, vitse-spiker Akop Arşakyan isə hələlik spikerin vəzifələrini yerinə yetirəcək.
Qeyd edək ki, Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini bəyan edib. Bir həftə ərzində o, istefa ərizəsini geri götürməyib.
Fevralın 1-də Ermənistan parlamentinin sədri Alen Simonyan prezident Armen Sarkisyanın səlahiyyətlərinin dayandırılması ilə bağlı protokolu imzalayıb.
Yeni prezident qanunverici orqanda seçiləcək. Bunun üçün deputatların minimum 25, maksimum 35 gün vaxtı var.