Ötən ilin dekabr ayında Avrozonada işsizlik səviyyəsi rekord göstəriciyə - 7 faizə enib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Avropa Statistika Bürosu (“Eurostat”) məlumat yayıb.
Bildirilir ki, Avrozonada gənclər arasında işsizlik səviyyəsi dekabrda 14,9 faizə düşüb.
Avropa İttifaqında isə işsizlik səviyyəsi illik 6,4 faiz olub.