Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsinin təsdiqlənməsinin uyğun olduğuna dair qanun layihəsi təklifi Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, TBMM-nin sədri Mustafa Şentopun imzası ilə parlamentə təqdim olunan qanun layihəsi təklifinin işlənilməsi Türkiyə parlamentinin Xarici İşlər Komissiyasına həvalə edilib.
Bildirilir ki, Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər Komissiyası adıçəkilən qanun layihəsi təklifini fevralın 3-də müzakirəyə çıxaracaq.
Qeyd edək ki, Azərbaycan Milli Məclisi “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsini fevralın 1-də təsdiqləyib.