Ermənistan ordusunda xidmət etməyə əsgər tapmayan Nikol Paşinyan görəsən Suriyaya kimi göndərəcək?

A- A A+

Ötən həftə Ermənistanın Baş naziri Nikol Paşinyan erməni əsgərlərinin Rusiya bayrağı altında Suriyaya göndərilə biləcəyini bildirib. Bir sözlə, Ermənistan ordusunun hərbçiləri Rusiya Silahlı Qüvvələri tərkibində Suriyada Bəşər Əsəd rejiminin əleyhdarlarına qarşı hərbi əməliyyatlarda iştirak edəcək. Artıq bununla bağlı məsələnin həllinin tapıldığı barədə erməni KİV-lərində yazılar yayımlanmaqdadır.

Qeyd edim ki, bu ermənilərin Suriyada Bəşər Əsəd tərəfində döyüşməsi ilə bağlı ilk fakt deyil. Dünyanın nüfuzlu media orqanlarında ermənilərin Hələb və başqa şəhərlərdə müsəlmanlara, əsasən də mülki şəxslərə qarşı qətliam törətməsi barədə dəfələrlə məlumatlar, foto və video görüntülər yayılıb.

NUHÇIXAN xəbər verir ki, bu sözləri analitik Ehtiram Aşırlı işğalçı ölkənin Baş naziri Nikol Paşinyanın erməni əsgərlərinin Suriyaya göndərilməsi ehtimalı ilə bağlı AZƏRTAC-a açıqlamasında deyib.

E.Aşırlı deyib: “Xüsusilə “Ərəb baharı” dönəmindən sonra Suriyada 100-150 min ermənidən ibarət hərbi birləşmələr fəaliyyət göstərir. Nikol Paşinyan bu addımı atmaqla, həmçinin Rusiya ilə münasibətlərdə yaranmış soyuqluğu aradan qaldırmağa çalışır. Lakin Paşinyanın bu hərəkətinin müsbət qarşılanacağı hələ sual altındadır. Rusiya tərəfindən müsbət qarşılansa da, daxildə etirazlara səbəb ola bilər. Çünki ermənilər işğal altında olan Dağlıq Qarabağa xidmət etməyə əsgər göndərə bilmirlər. Bəs, erməni xalqı necə razı olar ki, öz balalarını Suriyada döyüşməyə göndərsin? Digər tərəfdən, ordusunda xidmət etməkdən boyun qaçırıb intihar cəhdlərinə baş vuran erməni hərbi qulluqçuları gedib Suriyada döyüşəcəkmi? Maraqlıdır, Paşinyan Suriyaya kimi göndərəcək?

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: